Aldo coppola

“Səs Azərbaycan” layihəsinin rəsmi gözəllik (“beauty”) tərəfdaşı Aldo Coppola Baku kompaniyasıdır. Aldo Coppola brendi öz komandasında peşəkar stilist və vizajçıları cəmləyib. Onların zövqünə dünyanın bütün moda sənayesi güvənir. Eyni zamanda dünyanın aparıcı tərz və gözəllik firmaları arasında liderlərdən də biridir. Hər il Aldo Coppola Baku-nun stilistləri Milanda öz təcrübələrini daha da artırmaq üçün kurslar keçir. Onlar Milan Moda Həftəsində çalışan məşhur dizaynerlərin təcrübələrindən yararlanır. Aldo Coppola yalnız təbii məhsullardan istifadə edir. Aldo Coppola-nın fəlsəfəsi də belədir: Gözəllik təbii olmalıdır.