Sosial şəbəkələrdə “Səs Azərbaycan» səhnəsindən ilk görüntülər dərc olunub.

"Səs Azərbaycan» layihəsinin sosial şəbəkə səhifələrində son günlərdə yerləşdirilmiş foto və video materiallar əsasında, biz ilin əsas TV layihəsinin səhnəsi ilə bir gədər də olsa tanış ola bilərik.

Əfsanəvi münsiflər kürsülərin ölçüləri həm Rusiya ("Голос") həm də Türkiyə analoqlarından («O Ses Türkiye") daha geniş görsənir, ağ seçim düyməsi isə layihənin standart formatına əsasən təzə bir şey sayıla bilər. İkinci şəkildə biz klassik The Voice logosunu görürük - mikrofon tutan nəhəng əl səhnənin üstündən yüksələşir.

Ümid edirik ki yayım əvvəl biz səhnəni daha ətraflı görə bilərik, lakin sürpriz elementinin cazibəsi ləğv olunmayıb. Layihənin mətbuat xidmətinin məlumatına görə şounun ilk "Gözübağlı dinləmələr” buraxılışın premyerası noyabrın birinci yarısında Azərbaycan Dövlət Televiziyasın efirində gözlənilir.

“Səs Azərbaycan”ın münsif kürsülərində Xalq artisti Mübariz Tağıyev, Xalq artisti Faiq Ağayev, Əməkdar artisto Tünzalə Ağayevə və Əməkdar artisti Manana yerlərini tutacaqlar.