Qarşılayın... Münsiflər!

«SƏS AZƏRBAYCAN» layihəsinin münsifləri bilindi!

Hər kəsin gözlədiyi gözlədiyi məqam gəlib çatdı. Xeyli müddətdir ki, sosial şəbəkələrdə və ictimaiyyət arasında “Səs Azərbaycan” layihəsinin münsiflərinin kimliyi əsas müzakirə mövzusu idi. Artıq, bu möhtəşəm layihənin münsiflər heyətinin üzvləri bəllidir:

Xalq artisti Mübariz Tağıyev. Xalq artisti Faiq Ağayev, Əməkdar artist Manana Caparidze və Əməkdar artisti Tünzalə Ağayeva.

Bu istedadlı dört sənətçi AZTV-nin efirində “Görmədən dinləmələr” turu zamanı öz komandalarını formalaşdıracaq.  Bu turun mahiyyəti ondan ibarətdir ki, münsiflər ifaçıların səsini eşitsələr də, onları görə bilməyəcək. Bu dinləmələrdən sonra 4 komanda formalaşacaq.

Bundan sonra münsiflər öz komandasına cəlb etdikləri iştirakçıları finalla yanaşı, komandadaxili rəqabətə də hazırlayacaqlar. Zəif olan yarışmanı tərk edəcək, güclü olan isə yarışmada yoluna davam edəcək.

Müsabiəqinin növbəti turunda iştirakçılar bi-biri ilə yarışacaq. Yekunda hər münsifin bir iştirakçısı qalacaq və onlar superfinalda yarışacaq. Bu 4 iştirakçıdan isə yalnız biri “Ölkənin ən yaxşı səsi” titulunu qazanacaq və müsabiqənin əsas mükafatının sahibi olacaq.

AZTV-də yayımlanacaq “Səs Azərbaycan” yarışmasının ilk buraxılışı oktyabr ayın ikinci yarısına planlaşdırılıb.