MÜNSİFLƏR

MANANA

Azərbaycanın Əməkdar Artisti.

Manana Caparidze – gürcü əsilli gözəl və istedadlı müğənni, bəstəkar. Müasir Azərbaycan estradasının inkişafına pop musiqi ilə yanaşı, lirik mahnıları ilə də yeni nəfəs gətirib.

Uşaqlıqdan musiqi ilə məşğul olmağa başlayıb. Beş yaşından «Toli» və «Chiora» uşaq ansambllarının solisti kimi çıxış edib. Tbilisidə incəsənət gimnaziyasının vokal sinfini və Almaniya Akademiyasının Tbilisi şöbəsinin müasir incəsənət, caz və şou-biznes sahələrini bitirib. Müğənni 1996-cı ildə Gürcüstanın Borjomi şəhərində gənc ifaçılar arasında keçirilən «Crystal Fir» müsabiqəsində Qran-pri qazanıb. Manana 1998-ci ildən anası ilə birlikdə Azərbaycanda yaşayır və Azərbaycanı müxtəlif beynəlxalq musiqi festivallarında, müsabiqələrdə təmsil edir. Azərbaycan dilində oxuduğu ilk mahnıları “Laçın” və “Yuxuma gəl” olub. Manana 1999-cu ildə Qazaxstanın Almata şəhərindində keçirilən Asiyanın səsi beynəlxalq müsabiqədə Qran-pri əldə edib. Elə həmin il Belarusun Vitebsk şəhərində keçirilən Slavyan bazarı festivalının qalibi olub. Müğənni eyni zamanda Praqada təşkil olunan «Universtalent-2000» beynəlxalq festivalının laureatı və 2000-ci ildə Şanxayda keçirilən «Golden Voice of Asia» müsabiqəsinin ən yaxşısı olub. Elə həmin il özünün “Sənə verdim ürəyimi” adlı debüt albomunu buraxan Manana, eyni zamanda Heydər Əliyev Sarayında ilk solo konsertini də verib. 2001-ci ildə Caparizdze Moskvada keçirilən “Шире круг” musiqili televiziya müsabiqəsinin qalibi olub. İndiyə kimi 6 albom yazdırıb. Onlardan 5-i Azərbaycan dilində, biri isə ingilis dilindədir. Bir neçə dəfə Azərbaycan, Gürcüstan, Türkiyə və bir çox Avropa ölkələrində solo konsert proqramı ilə çıxış edib. Azərbaycanda bir çox musiqili layihələrin laureatıdır. Azərbaycanın tanınmış bəstəkarları olan Eldar Mansurov, Vaqif Gərayzadə, Alxanlı, Nailə Mirməmmədli, İsa Məlikov və başqaları ilə əməkdaşlıq edir. Manana özü də mahnı yazır.

Qızı dünyaya gəlməmiş Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edib. Qısa fasilədən sonra 2009-cu ilin qışında Manana yeni mahnıları və çıxışları ilə səhnəyə qayıdır. Müğənni «Dəli eşqim» и «Şəhərim» adlı iki mahnını musiqisevərlərin ixtiyarına buraxır. 2009-cu il iyulun əvvəlində Azərbaycanda onun çoxdan gözlənilən “Bəxt ulduzum” albomu işıq üzü görür. Bu albom Moskvanın “Monolit” studiyasında lentə alınıb.

2010—2012-ci illər ərzində Manana həm Azərbaycanda, həm də xaricdə Sual-Cavab, Tək Səninlə, Duy səsimi adlı radio-single ilə diqqət çəkir. 2013-cü ilin noyabrında Manananın Payız adlı mahnısına çəkilmiş kliöin təqdimatı olub. 2014-cü ilin mayında isə onun”Gözlərin danışsın” mahnısı üçün lentə alınmış kliö təqdim edilib. Manana bu klipdə övladına 6 aylıq hamilə ikən kamera qarşısına keçib. 2014-cü ildə eyni zamanda Manananın “Sevgiyə inan” adlı mahnısı təqdim olunur. Bu mahnının sözlərinin müəllifi Leyla Əliyevadır.
18 sentyabr 2009-cu ildə prezident İlham Əliyevin sərəncamı ilə Manana Caparidzeyə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı verilib. O, Tbilisinin fəxri vətəndaşı statusuna da malikdir.
Gürcü, Azərbaycan, ingilis və Rus dillərini bilir.

TÜNZALƏ

Azərbaycanın Əməkdar Artisti

Müasir Azərbaycan estradasının ən parlayan simalarından biri. Müğənni, bəstəkar, söz yazarı, böyük populyarlığı olan və xalqın sevgisini qazanan ulduz.

2001-ci ildə gənc ifaçılar arasında keçirilən “Bakı payızı” müsabiqəsinin qalibi olub. Elə o vaxtdan mahnıların ifaçısı və müəllifi kimi fəaliyyət göstərir. Tünzalə eyni zamanda digər müğənnilər üçün də mahnılar yazır. Onların arasında Azərbaycan estradasının sevilən simaları Samira, Aygün Kazımova və başqaları var. Tünzalə 2002-ci ildə “Türksoy” beynəlxalq müsabiqəsinin laureatı, 2003-cü ildə isə “Yalta 200”2 müasur estrada mahnıları Beynəlxalq müsabiqəsində qran-pri sahibi olub. O, bir çox Beynəlxalq müsiqi festivallarında uğurla çıxış edib. Buna misal olaraq 2006-cı ildə Çexiyada təşkil olunan “Barevna Planet” müsasir musiqi festivalını göstərmək olar. Qərb musiqi brendləri ilə əməkdaşlıq edən Tünzalə bu layihə çərçivəsində yeni albom çıxarmağı düşünür.Eyni zamanda Amerikanın “Mr.Records” səsyazma kompaniyası ilə müqavilə imzalaması da qərb musiqi aləmində öz sözünü demək üçün atılan addımlardan biridir. Bu kompaniya müğənninin mahnılarını bir çox qərb ölkələrində uğurla təbliğ edəcək. Tünzalə Ağayeva 2006-cı ildə Əməkdar artist fəxri adına layiq görülüb. O bu ada layig görülən ən gənc ifaçılar arasındadır. 2010-cu ildə Azərbaycanın vətənpərvər müğənnisi seçilib. İfaçının yaradıcı komandasında Yalçın Cabbarov (prodüsser), Ülviyyə Könül (klipmeyker) kimi peşəkarlar çalışır. 2014-cü ildə Türkiyənin TRT Müzik kanalının dəvəti ilə "Bir səsin cazibəsi" adlı verilişin aparıcısı olub.

 

FAİQ AĞAYEV

Azərbaycan Respublikasının Xalq Artisti.

Azərbaycan estradasının canlı əfsanəsi, 100% F.A. və sadəcə Qızıl Şlyaqer. Faiq Ağayev ölkə şou-biznesi və mədəniyyətində şəxsiyyət kimi diqqət çəkir.

Peşəkar səhnəyə 1988-ci ildə gəlib. O, “Bakı payızı-88” musiqili müsabiqəsində debüt edib. Burada 1-ci yerin sahibi olan Faiq Ağayev sonra “Qızıl payız 89”, “Vitebs 90” Beynəlxalq müsabiqənin, “Yalta 92” Beynəlxalq televiziya müsabiqəsinin qalibi olub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr aktyoru” fakültəsini fərqlənmə ilə bitirib. Bundan sonra Klavdi Şuljenko adına “Xarkov 95” Beynəlxalq retro-mahnı müsabiqəsinin və Mogilyev 96 – “Qızıl Şlyager” müsabiqəsinin qalibi olub. 1996-cı ildə AZTV-nin solistidir. 2012-2013-cü illər ərzində Azərbaycan Dövlət Muğam Teatrının solisti olub. 1995-ci ildə “Ola bilməz” adlanan ilk albomunu buraxıb. Sonra 1996-cı ildə «Səni əvəz eləmir» 1998-ci ildə «Vəfasızım»,1999 ildə «Faiq Ağayev — Seçmələr», 2000-ci ildə «Minilliyin sonu» və 2002-ci ildə «Tam məxfi» albomları musiqisevərlərə təqdim olunub. Faiq Ağayev 1998-ci ildə İlin konserti nominasiyası üzrə “Humay” mükafatına layiq görülüb. 1999-cu ildə İlin müğənnisi kimi “Grand” mükafatına və “Dəşti” klipinə görə İlin klipi nominasiyasında “Humay” milli mükafatına sahib olub. 28 oktyabr 2000-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə Faiq Ağayevə Əməkdar artist fəxri adı verilib. Faiq Ağayev 2000-ci ildə İlin müğənnisi nominasiyası üzrə “Qızıl mikrofon” milli mükafatını qazanıb. 2001-ci ildə isə üç nominasiya üzrə “Grand” milli mükafatı Faiq Ağayevə təqdim edilib:İlin müğənnisi, “İlin konserti” («Əsrin və Minilliyin son konserti) və “İlin albomu” («Minilliyin sonu»). 7-12 yanvar 2007-ci il tarixləri arasında o, Heydər Əliyev Sarayında 5 gün ardıcıl konsert proqramı ilə çıxış edib. Bununla da Faiq Ağayev Azərbaycan şou-biznesi tarixində ardıcıl günlərlə ən çox kosnert verən müğənni kimi rekord vurub 17 sentyabr 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Faiq Ağayev Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. Son illər Faiq yeni mahnılarla dinləyicilərinə fərqli həyəcanlar yaşadır: «Bal Kimi», «Hiss Et», «Odlanacaqsan» , «Bİllahi», «Əlvida» və başqaları. 27-30 dekabr 2012-ci il tarixləri arasında Faiq Ağayev 4 gün ardıcıl Vida adlanan konsert proqramı ilə Heydər Əliyev Sarayında çıxış edib. Bütün konsert günləri anşlaqla keçib Sevənləri tərəfindən “Cənab Qızıl Şlyager” ünvanı ilə könülləri fəth edən Faiq Ağayev 140-dan çox solo konsert proqramı ilə dinləyicilərinin görüşünə gəlib 2013 və 2015-ci illərdə Faiq Ağayev “Avroviziya” müsabiqəsinin Azərbaycan üzrə milli seçim turlarında münsif kimi çıxış edib.

 

MÜBARİZ TAĞIYEV

Azərbaycan Respublikasının Xalq Artisti

Azərbaycan mədəniyyət nümayəndələri arasında ən hörmət olunan insanlardan biri, böyük musiqi biliyi və müdrikliyi ilə yanaşı, yumor hissi ilə də seçilən siması.

1975-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrına dəvət olunub və 15 il orada çalışıb. Bu müddətdə ansamblın tərkibində o, dünyanın ABŞ, Fransa, Yaponiya, İngiltərə, Hindistan, Çin və başqa ölkələrində konsert proqramları ilə çıxış edib.

1986-cı ildən Rafiq Babayevin rəhbəri olduğu Azərbaycan Televiziyası və Radiosunun estrada-simfonik orkestrinin solisti olub. 1995-1997-ci illər arasında “Musiqi verilişləri Baş redaksiyası”nın böyük redaktoru, sonra isə AZTV-nin “Səsyazma evi”nin dirketoru olub. 2002-ci ildə Əməkdar artist, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2012-ci ildən prezident təqaüdçüsüdür.